Gənclər sabah metroda gediz haqlarının qaldırılması ilə bağlı aksiya keçirəcək
Sabah saat 13:00-da Elmlər Akademiyası metrostansiyasının çıxışında metroda qiymətlərin qaldırılmasına etiraz olaraq Müsavat Gənclər Təşkilatı, AXCP Gənclər Komitəsi, ADP Gənclər Təşkilatı, OL və AKM Gənclər Hərəkatları etiraz aksiyası keçirəcəklər.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu, artıq yuxarıda qeyd olunan Gənclər Təşkilatlarının bu problemlə əlaqədar ikinci etiraz aksiyasıdır. İlk aksiya zamanı olduğu kimi bu dəfə də müxalifət yönümlü Gənclər Təşkilatlarına müstəqil gənclər və müxtəlif ali təhsil ocaqlarının tələbələri də qoşulacaq.
Aksiya vaxtı əsasən ?Tağı istefa?, ?Qiymətləri endirin?, ?Bizə qoşulun? şüarları səsləndiriləcək. Bu aksiyalarımızın əsas səbəbi Tarif Şurasının və Metropolitenin bu özbaşına və qanunsuz qərarların xalq arasında, əsasən də tələbələr arasında narazılıqla qarşılanmasıdır. Etirazımız mövcud hakimiyyətin apardığı ağılsız sosial siyasətə qarşı hədəflənib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51