BMT-nin baz katibi Türkiyə-Ermənistan protokollarının imzalanmasını alqızlayıb
BMT-nin baş katibi Pan ki Mun Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının əsasını qoyan iki protokolun imzalanmasını alqışlayıb. Baş katibin mətbuat xidməti vasitəsi ilə yayılan bəyanatda cənab Mun bu addımın Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyə töhfə verəcəyinə ümidini bildirib.
O, hesab edir ki, bu tarixi qərar iki ölkə arasında yaxşı qonşuluq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişafının qurulmasının başlanğıcıdır. BMT baş katibi protokolların Ermənistan və Türkiyə parlamentləri tərəfindən tezliklə təsdiqlənərək ikitərəfli münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidini ifadə edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50