Müsavat Şirvan zonasında müzavirələr keçirib
Bu gün Müsavat Partiyası Başqanının müavini Mehman Cavadoğlu Bələdiyyə seçkilərinə hazırlıqla bağlı zona müşavirəsi keçirmək üçün Şirvan zonasına yola düşüb. Müsavat Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, M.Cavadoğlu Ağsu, Şamaxı və Qobustan rayonlarında partiyanın yerli rayon təşkilatlarının rəhbərləri ilə görüş keçirib.
Görüşdə M. Cavadoğlu adı çəkilən rayonlarda Bələdiyyə seçkilərinə hazırlığın gedişatını müzakirə edib və rayon təşkilatı rəhbərlərinə müvafiq göstərişlər verib, bələdiyyə seçkiləri ilə bağlı yerli müsavatçıları maraqlandıran sualları cavablandırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51