Yalçın Rzazadənin Türkiyə səfəri təxirə salınıb
Xalq artisti Yalçın Rzazadə noyabrın ilk ongünlüyündə Türkiyəyə gedəcək. Y.Rzazadənin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, həmin ölkəyə nəzərdə tutulan səfərinin məqsədi yenidən əməliyyat olunduğu xəstəxanada həkim müayinəsindən keçməkdir: ?Əməliyyat olunduğum xəstəxanada bir müddət vaxtaşırı müayinədən keçməliyəm. Əslində bu səfər oktyabrın ilk ongünlüyü üçün nəzərdə tutulmuşdu. Sadəcə, bəzi səbəblər ucbatından deyilən vaxtda gedə bilmədim?.
Y.Rzazadə deyib ki, hazırda özünü yaxşı hiss edir və yaradıcılıq işləri ilə məşğuldur: ?Yaradıcılıqla məşğul olduğumdan, səhhətim sanki yaddan çıxıb. Yeni mahnılar yazdırıram. Açığı, mən mahnılarla yaşayıram, bu mənə zövq verir. Yaxın vaxtlarda həmin mahnıların bir neçəsi səslənəcək?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47