Elçin Behbudov siyasi partiya nümayəndələri ilə görüzəcək
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin nümayəndələri ?Bələdiyyə seçkilərinin monitorinqi və insan hüquqları pozuntularına məruz qalmış şəxslərə yardım? adlı layihə çərçivəsində bu dəfə İsmayıllı və Göyçay bölgələrinə səfər edəcək.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən komitənin sədri Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, səfər oktyabrın 15-də baş tutacaq: ?Artıq həmin rayonların icra başçılarına komitənin adından müraciət etmişik. Oktyabrın 15-də bələdiyyə seçkiləri öncəsi siyasi partiyaların rəhbərləri ilə görüşlər keçiriləcək. Görüş tanışlıq məqsədi daşıyır?.
E.Behbudov deyib ki, layihə çərçivəsində səfərlər bələdiyyə seçkiləri keçirilənədək davam edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51