Bu gün Rusiya, Azərbaycan və Ermənistan prezidentləri görüzəcəklər
Bu gün Kişinyovda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Kremldə hesab edirlər ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti addım olsa da, hər hansı mühüm irəliləyiş gözləməyə dəyməz.
Bu, sayca beşinci üçtərəfli görüşdür. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının sonuncu görüşü iyulun 18-də Moskvada keçirilmişdi. O vaxt prezidentlər əvvəlcə Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda cıdır yarışlarına tamaşa etmiş, sonra isə Moskva restoranlarından birində üçtərəfli formatda təmasları davam etdirmişdilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51