?Biz dəfələrlə bəyan etmişik ki, erməni soyqırımının tanınması təkcə ədalətin bərqərar olması məsələsi deyil, həm də Ermənistan və erməni xalqının təhlükəsizliyinin mühüm amilidir. Bu zərurətdir?. Bu sözləri Beyrutda Yaxın Şərq, Misir, İran və Fars körfəzinin erməni icması və təşkilatlarının nümayəndələrilə görüşdə Ermənistan prezidenti Serj Sarksyan bildirib. Onun sözlərinə görə, son il ərzində erməni-türk münasibətlərinin normallaşması prosesi "erməni soyqırımı" faktı beynəlxalq kütləvi informasiya vasitələrində daha tez-tez yad edilməyə başlayıb. Erməni-türk prosesi nəticəsində Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən rol oynamağa başlaya biləcəyi təhlükəsindən danışan Sarkisyan belə deyib: ?Dağlıq Qarabağ münaqişəsi yalnız xalqımızın 1988-ci ildən bəri uğrunda mübarizə apardığı şeyləri əldə etməsini gördükdən sonra nizamlanacaq?. O, bir daha qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli və erməni-türk münasibətlərinin normallaşdırılması qətiyyən bir-biri ilə bağlı deyil və bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəfələrlə bəyan ediblər.