Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında növbəti bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsi barədə qərar qəbul olunub. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, bu il 1718 bələdiyyəyə 15682 üzv seçilməsi nəzərdə tutulub. Bələdiyyə üzvlüyünə namizədlər oktyabrın 8-dən seçki komissiyalarına müraciət edə bilərlər. Təşviqat kampaniyası isə səsvermə gününə 28 gün qalmış ? noyabrın 25-də başlayacaq. 2004-cü ildə Azərbaycanda 2757 bələdiyyəyə seçki keçirilib. 2009-cu il mayın 29-da Milli Məclis ?Bələdiyyələrin birləşdirilməsi haqqında? qanun qəbul edib və bələdiyyələrin sayı azaldılıb.