Qılıncoynadanlarımızın Antalyadakı yarızması uğusuz olub
Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Dünya çempionatına yekun vurulub. Sablyaçı qadınlardan ibarət yığma komandamız bu mübarizədə 21 kollektiv arasında 19-cu nəticə göstərib. Xanımlarımız ilk görüşlərində Tunisdən olan idmançılara 43-45 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıblar.
Millimiz yalnız Qazaxıstan və Türkiyə seçməsini qabaqlamağı bacarıb. Dünya çempionatının fərdi yarışlarında da həmyerlilərimiz uğur qazana bilməyiblər. Kişi şpaqaçılar arasında ölkəmizi 2 qılıncoynadan təmsil edib. Kənan Əliyevlə, Vəkil Nəsibov qrup mərhələsində keçirdiyi 10 dueldən yalnız 1-də qələbə qazanıblar. Qadınlardan isə sablyaçı Sevil Bünyatova və Səbinə Mikina Antalyada ölkəmizin şərəfini qoruyub. Hər iki qılıncoynadanımız seçmə mərhələni uğurla başa vuraraq, pley-off mərhələsinə vəsiqə qazansa da, bu mərhələdə məğlub olublar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11