?AFFA-nın çempionatın oyunlarını təxirə salmaqla bağlı qərarlarını heç cür anlaya bilmirəm. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Braziliyada , Argentinada da milli komanda oynayır. Amma maksimum 2-3 gündən sonra klublar çempionatda oyunlarına davam edirlər?. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində ?Xəzər Lənkəran? klubunun futbolçusu Mario Souza bildirib. Futbolçunun sözlərinə görə, çempionat oyunlarının təxirə salınması futbolçuların fiziki durumuna pis təsir edir: ?Tez-tez oynarkən yaxşı formaya düşürük. Amma fasilə dövründə həmin formanı saxlamaq bizlər üçün çətin olur.?