Muğam Teatrında mərhum şair Malik Fərruxun xatirə gecəsinin keçirilməsi planlaşdırılıb. Sözügedən teatrın direktoru Arif Qazıyev Müstəqil İnformasiya Agentliyinə məlumat verib ki, gecədə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunacaq: ?Gecəyə sənət, elm adamları, bəstəkarlar, aktyorlar və muğam ifaçıları dəvət olunublar. Tədbirdə aktyorlar mərhumun şeirlərini səsləndirəcək, müğənnilər isə həmin şeirlərə bəstələnmiş mahnılar ifa edəcəklər?. Qeyd edək ki, M.Fərruxun xatirə gecəsi oktyabrın 19-da baş tutacaq.