Gənclər metroda gediz haqlarnın qaldırılmasına ilə bağlı etiraz aksiyası keçirdilər
Bu gün bir qrup gənc metroda gediş haqlarnın qaldırılmasına etiraz əlaməti olaraq metronun ?Elmlər Akademiyası? stansiyasının qarşısından Bakı Dövlət Univeristetinin (BDU) qarşısına qədər yürüş keçiriblər. Aksiyaçılar ?Tağı Əhmədova istefa!?, ?Tarif Şurasına ar olsun!?, ?Qiymətlər endirilsin!? şüarları səsləndiriblər.
Aksiya iştirakçıları BDU-nun qarşısında da eyni şüarları səsləndirərək, ətrafdakıları metroda gediş haqqının qaldırılmasına etiraza səsləyiblər. Sonra bir qrup gənc aksiyanı metronun ?Elmlər Akademiyası? stansiyasının girişində turniketlərdən pulsuz keçməklə davam etdiriblər. Bu zaman aksiyaçılardan 2 nəfəri ? Emin Əliyevi, Loğman Qasımovu və onların şəkilini çəkən - Vüsal Bacarı polis saxlayıb. Aksiya bununla da başa çatıb.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə oktyabrın 1-dən Bakı Metropolitenində gediş haqqı 15 qəpiyə qaldırılıb. Bundan əvvəl isə metroda gediş haqqı 5 qəpik idi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51