Deputat Adil Əliyev MDB Parlamentlərarası Assambleyada Azərbaycanı təmsil edəcək
Milli Məclisin deputatı Adil Əliyev MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 4-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşüb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qurumun MDB-də Terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə Birgə komissiyasının, Təhlükəsizlik və müdafiə məsələləri, həmçinin Elm və təhsil daimi komissiyalarının iclaslarında bir sıra qanunvericilik aktlarına baxılacaq.
Parlamentarilər MDB ölkələri üçün hazırlanan model qanunlara, o cümlədən ?İnnovasiya Məcəlləsi?nə dair fikirlərini bölüşəcəklər. Deputatımız müzakirəyə çıxarılan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək.
Səfər oktyabrın 9-da başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51