Türkdilli ölkələrin dövlət bazçılarının IX zirvə görüzü baza çatıb
Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü Naxçıvan bəyannaməsinin və sazişinin imzalanması ilə başa çatıb.
Toplantıda çıxış edən prezident İlham Əliyev Dağlıq Qarabağ probleminə toxunub. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların son mərhələsində olduğunu bəyan edib.
Türkiyə prezidenti Abdulla Gül Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişə də daxil olmaqla Cənubi Qafqaz regionunda bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vaxtı çatdığını deyib.
Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi iştirak edib.
Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50