Muğam ifaçısı Bəsti Sevdiyeva möhtəzəm konsert vermək fikrindədir
Əməkdar artist, tanınmış muğam ifaçısı Bəsti Sevdiyeva muğamlar üzərində işləyir. O, Müstəqil İnformasiya Agentliyinə deyib ki, üzərində işlədiyi muğamlar AzTV-nin Qızıl Fondunda saxlanılacaq.
Muğam ifaçısının sözlərinə görə, o, fond üçün bir neçə muğamlar yazdırıb: ?Amma bunların bəzilərinin üzərində yenidən işlənməlidir. Odur ki, həmin muğamları yenidən lentə yazdırıram?.
Bu işləri yekunlaşdırdıqdan sonra sənətkar yenidən solo-konsert vermək fikrindədir: ?Ötən il Filarmoniyada solo-konsert verdim. Həmin konsertin əks-sədası hələ də qulaqlardadır. Ona görə də bu barədə yenə fkirləşməyə dəyər. İstəyirəm ki, möhtəşəm konsert təşkil edim. Amma bu konsertin vaxtı hələlik bəlli deyil?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47