Tanınmız sənətkar ANS-dən haqqını ala bilməyib
?ANS telekanalından incimişəm. Ona görə ki, ?Toylar Kralı? layihəsinin münsiflər heyətində təmsil olunsam da, maaşımı vermədilər. Nə mən, nə də Akif İslamzadə maaş ala bilmədik. Halal-haqqımızı vermədilər, anlaşılmazlıq oldu?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında əməkdar artist Ağacəbrayıl Abbasəliyev deyib. Sənətkar bildirib ki, bununla bağlı verlişin aparıcısı Kamran Həsənliyə müraciət etdikdə, o, məsuliyyəti Mirşahinin üzərinə atıb. Mirşahin isə Vahid Naxışı nişan verib: ?Mirşahin həm də dedi ki, gərək, müqavilə bağlayaydınız. Dedim ki, bunu bizə vaxtında deməliydiniz, siz demədiniz, biz də bağlamadıq. Nə isə, 4 ay saatlarla efirdə qalsaq da, sonda bizə qapı göstərildi?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47