?Rumıniyada keçirilən dirijorların beynəlxalq müsabiqəsində birinci yeri tutdum. Bu, Azərbaycanın uğuru, ölkəmizin musiqi məktəbinin və dirijorluq sənətinin fəxridir. Belə bir nifuzlu müsabiqədə, tanınmış dirijor və musiqiçilərin arasından seçilmək, onların yuksək rəyini almaq əslində böyük qələbədir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev deyib. Ə.Quliyev bildirib ki, həmin müsabiqənin şərtlərinə görə, qalib iki il ərzində Avropanın müxtəlif ölkələrində konsertlər vermək şansı qazanır: ?Artıq bir neçə dəvətlər almışam. Həmin konsertlərdə dahi bəstəkar Üzeyir Hacıbəyovun, Qara Qarayevin əsərlərini səsləndirəcəm?. Dirijor həm də deyib ki, nədənsə Mədəniyyət və Turizm Nazirliyi onun bu qələbəsini bölüşməyib.