Sabahdan ictimai iaşə məntəqələrində monitorinqlərə start veriləcək. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev Müstəqil İnformasiya Agentliyinə deyib ki, hazırda balıq məhsulları üzərində müayinələr davam etdirilir. Yoxlamalar oktyabrın 13-də yekunlaşacaq. İ.Abdullayev onu da bildirib ki, bu gün Bakı şəhər rayonlarının Gigiyena və Epidemiologiya mərkəzlərinin şöbə müdirləri bir araya gətirilərək, onlara konkret göstərişlər verilib: ?İctimai iaşə müəssisələrinin sanitariya vəziyyəti, əhaliyə xidmət sahəsində sanitariya-gigiyena qaydalarına riayət olunması yoxlanılacaq. Bu sahədə nöqsanlara yol vermiş şəxslər barəsində inzibati qaydada tədbirlər görüləcək. Eyni zamanda, texniki vəziyyətləri normalara uyğun olmayan iaşə müəssisələrinin fəaliyyəti dayandırılacaq?.