Bakı Metropolitenində gediş haqqı qaldırılıb. Tarif Şurasından verilən məlumata görə, bu barədə Şuranın bu gün keçirilmiş iclasında qərar qəbul edilib. Qərara əsasən, Bakı Metropolitenində gediş haqqı 15 qəpiyə qaldırılıb. Qərar oktyabrın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, hazırda gediş haqqı 5 qəpikdir.