Milli Məclisin (MM) payız sessiyasının ilk iclasının gündəliyinə 30 məsələnin müzakirəsi daxil edilib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, iclasda öncə payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. Plana Tikinti Məcəlləsi, Dövlət büdcəsi zərfində daxil olan qanun layihələri, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi, ?Məişət zorakılığının qarşısının alınması haqqında?, ?İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında?, ?Bələdiyyələrin hesabatları haqqında?, ?Pambıqçılıq haqqında?, ?Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında?, ?Ali təhsil haqqında?, ?Reproduktiv sağlamlıq və ailə planlaması haqqında? qanun layihələri və digər sənədlər daxildir.