Milli Məclisin payız sessiyasının ilk iclasında gərginlik yaşanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Milli Məclisin sədri Oqtay Əsədovla millət vəkili, Müsavat Deputata Qrupunun üzvü Pənah Hüseyn arasında növbəti dəfə narazılıq yaranıb. Buna səbəbə isə Oqtay Əsədovun cari məsələlərlə ayrılan vaxtın başa çatdığını, çıxışların kəsildiyini deməsi olub. Bundan narazı qalan Pənah Hüseyn isə etirazını bildirib: ?Siz Müsavat Deputat qrupundan çəkindiyiniz üçün belə bir addım atırsınız. Bu, düzgün deyil?. Oqtay Əsədov isə cavabında P.Hüseynə əsassız fikirlər söyləməməyi, boş yerə səs-küy salmamağı məsləhət görüb: "Qoymayın, üstümüzə əjdaha gəlir, qorxuruq?.