ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri oktyabrın 1-də başlayacaq. Həmsədrlər əvvəlcə İrəvanda olacaqlar. Bu barədə bu gün jurnalistlərə açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik məlumat verib. O qeyd edib ki, həmsədrlər həmçinin Xankəndində də olacaqlar. Daha sonra isə Bakıya gələcəklər. Həmsədrlərin səfərinin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq etməkdir.