?Plombir? dondurmasında növbəti dəfə normadan artıq bağırsaq çöpləri aşkarlanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, monitorinqlər sentyabrın əvvəlindən sonunadək aparılıb: ?Götürülən 13 müxtəlif adda dondurma nümunəsindən 2-də qeyri-kafi nəticə əldə olunub. Bunlar Suraxanı rayon, Hövsan qəsəbəsi, Əhlimanov küçəsində yerləşən mağazadan götürülüb. Hələki istehsalçı firmanın adı məlum deyil. Məsələnin aşkarlanması və dəqiqləşdirilməsi üçün Rayon Mərkəzinə tapşırıq verilib?. İ.Abdullayev deyib ki, mənfi nəticə əldə olunmuş nümunələr üzərində təkrar müayinlər aparılır: ?Təkrar müayinələrin nəticələri bir neçə günə bəlli olacaq?.