Müğənni Samir Nasim Türkiyədən səfərdən qayıdıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə müğənninin özü məlumat verib. S.Nasimin sözlərinə görə, o, Türkiyənin ?TRT-Avaz? kanalında konsert proqramı ilə çıxış edib: ?Mənim bu kanalda gözəl konsertim baş tutdu. Gözlənilmədən təkliflər aldım. Böyük layihələr var. İki-üç gündən sonra mətbuat konfransı keçirib, həmin təklif və layihələr barəsində ətraflı məlumat verəcəyəm?.