Xalq artisti Nisə Qasımova yeni konsert layihəsi üzərində işləyir. Sənətkarın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, üzərində hazırlıq işləri gedən bu konsert ilin sonuna kimi baş tutacaq. N.Qasımovanın sözlərinə görə, sözügedən layihə Heydər Əliyev Sarayında baş tutacaq: ?Tamamiylə yeni mahnılar ifa edəcəm. Bəstəkar əlindən süzülüb gələn bu mahnılar tamaşaçılarıma sürpiz olacaq. Konsertdə mən tək olmayacam. Tarzan adlı bir oğlanla duet oxuyacam?. Xalq artisti deyib ki, onun təqdim edəcəyi layihənin sorağı neçə illər bundan sonra da dillər əzbəri olacaq.