irəvan Teatrı qastrola hazırlazır
İrəvan Dövlət Azərbaycan Dram Teatrı üç əsərə birdən müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru, əməkdar incəsənət xadimi İftixar Piriyev məlumat verib.
İ.Piriyevin sözlərinə görə, hazırda M.F.Axundovun və xalq yazıçısı Elçinin əsərləri üzərində məşqlər gedir: ?Teatr hələ məzuniyyətə getməmişdən əvvəl türk yazıçısı Türqüt Özaxmağın ?Ocaq? əsərinə müraciət etmişdi. Həmin əsərin məşqləri yarımçıq qalıb. Oktyabr ayının ilk ongünlüyündə həmin əsərin məşqləri qaldığı yerdən davam edəcək?.
Direktor bildirib ki, hər üç əsər noyabr ayının sonlarına kimi təqdim olunacaq. Həmçinin noyabr ayında ?İrəvan?çılar Tflisdə qastrolda olacaqlar: ?Noyabrın əvvəlində 10 günlük qastrol səfərimiz var. Bu səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq. Hazırda danışıqlar gedir. Orada teatr üç əsərlə təmsil olunacaq. Bunlar Aqşin Babayevin ?Xilaskar?, Hidayətin ?Bu dünyanın adamları? və İsi Məlikzadənin ?Subaylarınızdan görəsiniz? əsərləridir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47