Kinorejissorlar liqası ilə İctimai televiziya arasında gedən məhkəmə prosesi narazılıqla başa çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən liqanın vəkili Əkbər Bağırov məlumat verib. ?Kinerejissorlar Liqası ilə İctimai Televiziya arasında gedən məhkəmə prosesi Konstitusiya Məhkəməsinə qədər gedib çıxdı. Liqa qarşı tərəfdən qanuna riayət etməyi, müəllif hüqüqlarının pozulmamasını tələb edir. İTV-isə tələbə əməl etmək istəmir. Biz bütün bunların Konstitusiya məhkəməsində yoluna düşəcəyinə ümid edirdik. Ancaq gözlədiyimiz nəticəni ala bilmədik. Konstitusiya Məhkəməsi Apellyasiya Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxladı?. Ə.Bağırov bildirdi ki, Kinorejissorlar liqası Konstitusiya Məhkəməsinin çıxardığı qərarla qətiyən razı deyil. Məhz bu məqsədə liqa yenidən Konstitusiya Məhkəməsini müraciət etmək məcburiyyətidir.