Qazaxıstanın Aktau şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının iclası keçirilir. Tədbirdə Azərbaycan da daxil olmaqla, MDB-nin bütün ölkələrindən gəlmiş nümayəndələr iştirak edirlər. Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi mətbuat xidmətinin verdiyi məlumata görə, iki gün ərzində 2008-2010-cu illərdə cinayətkarlıqla mübarizə üzrə birgə Dövlətlərarası Tədbirlər Planının yerinə yetirilməsi, həmçinin beynəlxalq terrorizm, ekstremizm, həmçinin digər cinayətkarlıq halları ilə mübarizə tədbirlərinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə ediləcək.