Aşıqlar Birliyinə dövlət tərəfindən ofis verilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub deyib ki, Aşıqlar Birliyinə ayrılan məkan onun ürəyincədir: ?Dövlət bizə istədiyimiz yeri verdi. Sözün düzü, mən, bundan çox sevindim. Aşıqlar Birliyi bundan sonra İçəri Şəhərdə - Qız qalasının yanında -Böyük Qala küçəsində yerləşəcək. Bu həftə həmin ofisə köçəcəyik. Hələ bu harasıdır, Aşıqlar Birliyinin saytı da açılıb. Amma onu hələlik təqdim etməmişik. Təqdimatı yeni ofisimizdə edəcəyik?.