Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Qazaxıstan paytaxtı Astanaya yollanıb. YAP sədrinin müavini, deputat Əli Əhmədovun başçılıq etdiyi heyət Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının toplantısına qatılacaq. Səfər Qazaxıstanın hakim ?Nur Otan? Xalq Demokratik Partiyasının dəvəti ilə baş tutub. Astanaya toplaşan siyasi partiyalar dünya iqtisadi böhranının həlli yolları və onun nəticələri, gənc siyasi liderlərin və qadınların ictimai həyatdakı rolunun artırılması kimi mövzuları müzakirə edəcəklər.