Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurası Milli Qurtuluş Partiyasının bu birliyə üzv olmaq haqqında müraciətini müzakirə edib. DUİ Sədrlər Şurası MQP-nin müraciətini müsbət cavablandıraraq partiyanın sözügedən quruma üzv olmasına səs verib. MQP-nin DUİ sıralarına qəbul edilməsi qərarına münasibət bildirən partiya başqanı Vüqar Bəyturan bu qərara MQP-də geniş müzakirələrdən sonra gəldiklərini və DUİ-də təmsil olunmalarının ölkədə demokratiyanın inkişafına, milli qüvvələrin konsolidasiyasına xidmət edəcəyinə inandıqlarını söyləyib. DUİ Sədrlər Şurasının üzvlərinə təşəkkürünü ifadə edən MQP lideri bu qurumun daha da inkişaf etdirilməsi üçün əllərindən gələni edəcəklərini də vurğulayıb.