ul və xidmətlərin keyfiyyəti üzrə nailiyyətlərə görə keçirilən beynəlxalq müsabiqəyə Azərbaycanın 4 istehsal müəssisəsi qatılıb. Bu barədə Müstəqil İnformasiya Agentliynə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın keçirdiyi müsabiqə məhsul və xidmətlərin keyfiyyəti sahəsində qazanılan nailiyyətlərə görə keçirilir. Bununla bağlı ekspertlər Azərbaycanda səfərdədirlər. Onlar Belarus, Ukrayna, Qazaxıstan və Tacikistanı təmsil edirlər. Səfər çərçivəsində mütəxəssislər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində görüşlər keçiriblər. Prosedura əsasən adıçəkilən ölkələrin müsabiqəyə təqdim olunan müəssisələrində azərbaycanlı ekspertlər artıq olmuş, öz rəy və təkliflərini Şuraya göndərmişlər. Münsiflər heyətinin yekun qərarı Dövlətlərarası Şuranın iclasında, bu ilin sonunda açıqlanacaq.