Türkiyə-Ermənistan münasibətləri BMT-də müzakirə olunacaq
?Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi BMT Baş Assembleyasının sabah başlayacaq 64-cü sessiyasında müzakirə olunacaq?. Bu barədə sessiyada iştirak etmək üçün Amerikaya yola düşməzdən əvvəl, İstanbulun Atatürk hava limanında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məlumat verib. Onun sözlərinə görə, Nyu-Yorkda keçirəcəyi görüşlərdə Ermənistanla münasibətlər əsas müzakirə obyekti olacaq.
Bu arada Türkiyənin ?Hürriyyət? qəzeti Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ilkin şərtləri açıqlayıb. Qəzetin yazdığına görə, ilk növbədə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının bir hissəsini azad etməlidir. Bu halda rəsmi Ankara, Azərbaycan, Türkiyə və Ermənistan arasında birgə müzakirələrin keçirilməsinə müsbət cavab verəcək. Bundan sonra oktyabrın 12-də İsveçrənin paytaxtı Berndə Türkiyə ilə Ermənistan arasında protokolların imzalaması nəzərdə tutulur. Sonrakı mərhələlərə isə Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin Bursa şəhərində keçiriləcək iki ölkənin futbol üzrə yığmaların oyununu izləməsi və qondarma erməni soyqırımı ilə bağlı araşdırma aparmaq üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılması daxildir. Komissiyada Amerika, İngiltərə və İsveçrədən də tarixçilərin iştirakı planlaşdırılır.
ans
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50