?Açığını deyim ki, ?Maşın? realiti-şousunda gedən proseslərin bu cür cərəyan edəcəyini gözləmirdim. Düşünürdüm ki, bu dünyada haqq-ədalət var?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə müğənni Rüfət Axundov ?Maşın? şousuna münasibət bildirərkən deyib. Müğənninin sözlərinə görə, Əlikram Bayramov onun qisasını şounu sonuncu tərk edən Fərid Kazımovdan alıb: ?Bunu Əlikram Bayramovdan gözləyirdim. Çox sağ olsun, mənim heyfimi ondan asanlıqla aldı. Bəzi adamlara yerini göstərdi. Çünki ikibaşlı oyun oynayanın sonu bundan o tərəfə ola bilməz. Mən inanıram ki, maşın haqq-ədalət tərəfdarına nəsib olacaq?.