Dindarlar israil səfirliyinin qarzısında etiraz aksiyası keçirib
[/right]
Bu gün İsrailin Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyasına cəhd olub. Milli Mənəvi Dəyərlər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Ramil Bayramovun verdiyi məlumata görə, aksiya Beynəlxalq Qüds günü münasibəti keçirilib. Etiraz aksiyasında 110-120-yə yaxın dindar iştirak edib. Polis aksiya iştirakçılarının qətnamə oxumasına mane olub. R.Bayramovun sözlərinə görə, polislər onları dəyənəklə döyüb. 38 nəfər aksiya iştirakçısı isə saxlanılıb. Saxlanılanlar arasında birliyin sədri də var. Mətbuat xidmətinin rəhbəri dindarların İsrailin Fələstində törətdiklərinə, terrora etiraz olaraq aksiya keçirdiklərini qeyd edib.
Yasamal rayon 27 nömrəli Polis Bölməsinin növbətçi hissəsindən ANS PRESS-ə aksiya keçirməyə cəhd olunduğu təsdiqlənib. ?Lakin aksiyanın qarşısı alınıb. Saxlanılan isə olmayıb?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51