Türkiyədə başı kəsilərək öldürülən və ictimaiyyətdə böyük əks-səda doğuran Münəvvər Qarabulud cinayətində şübhəli bilinən Cem Qəriboğlu təslim olub. O, qətldən 197 gün sonra vəkili tərəfindən polisə gətirilib. Daha öncə Rusiya və Ermənistanda gizlənmiş ola biləcəyi deyilən Cem Qəriboğlunun bu müddət ərzində Türkiyədə olduğu istisna edilmir. Tibbi müayinədən keçirilmək üçün tibb məntəqəsinə aparılan C.Qəriboğlu yalnız ?Atam üçün üzülürəm? deyib. Anspress CNNturkə istinadən xəbər verir ki, zərərçəkmişin vəkili saxlanılanın yetkinlik yaşına çatmadığı üçün maksimum 24 il müddətinə azadlıqdan məhrum edilə biləcəyini bildirib. Mərhumun atası Sürəyya Qarabulud isə sevincini gizlətməyib. "Dövlət verdiyi sözü tutdu və qatili tutdu". Qeyd edək ki, bir neçə gün öncə qətldə şübhəli bilinən C.Qəriboğlunun Ermənistanda saxlandığı və onun Türkiyəyə gətirildiyi iddia edilirdi. Xatırladaq ki, qətl mart ayında baş vermişdi. 17 yaşlı Münəvvər Qarabuludun başı kəsilmiş cəsədi gitara qutusunun içərisində zibil yeşiklərindən birində tapılmışdı.