Avropa İttifaqı tərəfindən həyata keçirilən Tvinning layihəsi çərçivəsində cari ilin 08-11 sentyabr tarixlərində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ISO/İEC 17025:2005 beynəlxalq standartının tətbiqi mövzusunda seminar keçirilib. Seminarı Almaniya Milli Metrologiya İnstitutunun (PTB) ekspertləri doktor U.Şnelle-Verner və doktor K.Stoll-Malke aparıblar. Seminarın əsas mövzuları ISO 17000 seriyalı standartların əsas konsepsiyası, idarəetmə sisteminin əsas tələbləri, sənədlərin yoxlanması, daxili audit, əsas texniki tələblər, kalibrlənmə prosedurları, ölçmələrin qeyri-dəqiqliyi və s. məsələlərdən ibarət olub. Bundan başqa sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyasına olan tələblər haqqında da məruzələr olub. Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.