Müğənni-bəstəkar Elza Seyidcahan solo konsertə hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı sənətçinin qızı verib. Qeyd edək ki, E.Seyidcahanın bu dəfə reallaşdırmaq istədiyi solo konsert layihəsi hacılar və hacıxanımlara həsr olunur: ?Elza xanım hazırda konsert işləri ilə məşğuldur. Müxtəlif adamlarla danışıqlar aparılır. Orucluq ayı olduğu üçün o, bu dəfə repertuarında bir balaca dəyişikliklər edəcək. Bir neçə dini mahnılar ifa edəcək. Bundan başqa isə gecənin məxsusi qonaqları və tamaşaçılar üçün sürprizlər nəzərdə tutulub?. Qeyd edək ki, sözügedən konsertin ?Azərsun-Holdinq? şirkətlər qrupunun Mədəniyyət evində həyata keçəcəyi bildirilir.