Əli Məsimli Baltik Assambleyasının təzkil etdiyi konfransda iztirak edəcək
Milli Məclisin üzvü Əli Məsimli sentyabrın 16-dan 20-dək Litvanın Vilnüs şəhərində səfərdə olacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat Baltik Assambleyasının təşkil etdiyi ?Baltikyanı dövlətlərin gələcəyi: 2030. Cəmiyyətlər və ölkələr üçün keçmiş təhdidlər və yeni çağırışlar? mövzusunda konfransda iştirak edəcək.
Qeyd edək ki, tədbirdə Baltik Assambleyasının perspektiv prioritetləri, iş prinsipləri və formatı, regional tərəfdaşlıq strategiyası barədə də müzakirələr aparılacaq. Azərbaycan parlamentinin deputatı ?Baltik Assambleyası ilə GUAM Parlament Assambleyası arasında əməkdaşlığın perspektivləri? mövzusunda çıxış edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51