Bu gün Ümid Partiyasınan sədri, millət vəkili İqbal Ağazadə partiyanın mərkəzi qərargahında ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansonu qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Ümid Partiyasnın Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatındakı fəaliyyəti, bü ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və parlamentin payız sessiyasında müzakirəsi gözlənilən qanun layihələri baradə fikir mübadiləsi aparılıb.