Kremli qənnadı məhsulları üzərində aparılan təkrar monitorinqlərin nəticələri bəlli olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidimiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, nəticələr qənaətbəxşdir: ?Ümumilikdə götürülmüş 60 kremli qənnaddı məhsullarından 4 nümunə üzərində qeyri-kafi nəticə əldə olunmuşdu. Həmin məhsulların istehsal sexindən götürülmüş nümunələrinin təkrar müayinəsi zamanı bütün parametrlər yoxlanılaraq qənaətbəxş nəticə əldə olunub. Bütün bunlara baxmayaraq, həmin müəssisələrdə yenidən yoxlamaların aparılmasına dair Mərkəzin rayon şöbələrinə tapşırıq verilib?. İ.Abdullayev deyib ki, hazırda quş əti və yumurta məhsulları üzərində monitorinqlər davam etdirilir: ?Nəticələr ayın sonunadək açıqlanacaq. Bundan sonra isə balıq və balıq məhsulları üzərində müayinələr aparılacaq?.