Birləzmiz müxalifət liderləri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüzüblər
Bu gün ATƏT-in Bakı ofisində bu qurumun rəhbərliyi və Avropa Komissiyasının Azərbaycandakı nümayəndələri ilə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan 6 müxalifət partiyasının liderləri ilə görüş keçirilib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə məlumatı ATƏT-in Bakı ofisinin mətbuat xidməti yayıb. Verilən məlumata görə, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri Əli Kərimli, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Ümid Partiyasının sədri İqbal Ağazadə və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev iştirak ediblər.
Görüş zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, demokratiyanın inkişafı məsələləri, dekabr ayının ortalarında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51