Prezident İlham Əliyev bu gün Qazaxıstana səfərə yola düşüb. Ölkə başçısını Heydər Əliyev Beynəlxalq Hava Limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Səfərin məqsədi MDB-yə daxil olan Xəzəryanı dövlət başçılarının Aktauda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməkdir. Səfər çərçivəsində Azərbaycan prezidentinin rusiyalı həmkarı Dmitri Medvedyevlə ikitərəfli görüşü də gözlənilir.