Hüquq müdafiəçiləri həbsdəki gənclər ? Adnan Hacızadə və Emin Milli ilə bağlı dövlət qurumlarına etdikləri müraciətə cavab ala bilmirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, sentyabrın 18-də yenidən dövlət qurumlarına rəsmi şəkildə müraciət ediləcək : ?Biz gənclərin azadlığa buraxılması istəyi ilə Daxili İşlər Nazirliyinə və ölkə başçısına müraciət etmişdik. Bütün qurumlar ?narahat olmayın, gənclər azadlığa buraxılacaq?,- dedilər. Amma hadisələrin gedişi göstərir ki, gəncləri azadlığa buraxmaq fikirləri yoxdur. Ona görə də daxili işlər naziri ilə görüşməyə cəhd etmədik?. Hüquq müdafiəçisi deyib ki, gənclər müvəqqəti saxlanma təcridxanasında saxlandıqları üçün onlarla görüşmək imkanları məhduddur.