Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Mehmet Əli Şahin Azərbaycana rəsmi səfər edəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, səfər sentyabrın 25-nə nəzərdə tutulur. Hələlik səfər proqramı dəqiqləşməsə də, M.Ə.Şahinin sentyabrın 26-27-də rəsmi görüşlər keçirəcəyi qeyd olnur. TBMM sədri 5 günlük səfər çərçivəsində Türkdilli Ölkələrinin Parlament Assambleyasının (TÖPA) sentyabrın 28-29-da Bakıda keçiriləcək toplantısında da iştirak edəcəyi bildirilir.