DUi icazəsiz aksiyalara bazlaya bilər
Xəbər verdiyimiz kimi, Demokratiya Uğrunda İttifaq (DUİ) Madrid prinsiplərinə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz əlaməti olaraq sentyabrın 24-də aksiya keçirməyi qərarlaşdırıb.
Müstəqil İnformasiya Agentliyinə açıqlama verən DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc hazırda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırladıqlarını bildirib. Onun sözlərinə görə, bu həftə ərzində müraciət icra hakimiyyətinə təqdim olunacaq.
BŞİH-dən ?yox? cavabı veriləcəyi təqdirdə hansı addımların atılacağına gəlincə, Ə.Oruc istənilən şəraitdə aksiyalarını reallaşdıracaqlarını vurğulayıb: ?Bizim tələblərimiz Azərbaycanın milli maraqlarına tamamiylə uyğundur. Bakı Şəhər İcra Hakimiyyətinin də aksiyaya icazə verməməsinə hər hansı bir əsas yoxdur. Əgər icazə verilməsə, icazəsiz aksiyalar keçirəcəyik?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51