İrəvan Dövlət Azərbaycan Dram Teatrı 15 sentyabr-teatr bayramına hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat verən teatrın direktoru İftixar Piriyevin sözlərinə görə, Gənc Tamaşaçılar Teatrının qarşısında keçirilən teatr bayramında yaradıcı heyət Üzeyir Hacıbəyovun ?O olmasın, bu olsun? tamaşasından parça ilə salamlayacaq. İ.Piriyev dedi ki, İrəvan Teatrı yeni mövsümünü, yəni 128-ci mövsümünü Aqşin Babayevin ?Xilaskar? tamaşası ilə açacaq.