Qarabağ və Resbuplika Uğrunda Hərəkatda fikir ayrılığı yaranıb
?Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələrinin işğalından azad olmayana qədər sərhədin açılması Azərbaycanın maraqlarına cavab vermir. Əgər Türkiyə sərhədləri açarsa, Qarabağ məsələsində onun Ermənistana təzyiq vasitəsinin itkisinə gətirib çıxaracaq?.
Bu sözləri müstəqil İnformasiya Agentliyinə ALP sədr əvəzi Əvəz Temirxan Türkiyə-Ermənistan müsanasibətlərinin sıcaqlaşmasına münasibət bildirərkən deyib. Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində sərhədlərin açılmasına münasibətdə fərqli mövqelər var. Belə ki, Ümid Partiyası ilə ADP sərhədlərin açılmasının müsbət nəticə verəcəyini, Müsavat gözləmə mövqeyində dayanmağı, ALP isə bunun Azərbaycana mənfi təsir edəcəyini düşünür.
Ə.Temirxan deyir ki, sərhədlər açılarsa, Ermənistan həm iqtisadi, həm hüquqi cəhətdən güclənəcək. ALP sədr əvəzi müttəfiqlərindən fərqli olaraq, indiki halda sərhədin açılmasının müsbət nəsə verəcəyini düşünmür. Onun sözlərinə görə, əgər Ermənistan qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, öncə ölkə ərazisində repressiyaya məruz qoyduğu, deportasiya etdiyi yüz minlərlə azərbaycanlının vətəndaşlığını tanımalıdır. Sonra hər hansı bir danşıq aparmaq olar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51