?AtaSığorta? ASC cari ilin 8 ayı üzrə fəaliyyətinə yekun vurub. Şirkətdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2009-cu ilin 8 ayı ərzində ?AtaSığorta? ASC-nin topladığı sığorta haqqlarının ümumi həcmi 2,38 mln. manat, verilmiş sığorta ödənişləri 0,45 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Şirkətin ümumi gəlirləri 3, 59 mln. manat, ümumi xərcləri 3, 13 mln. manat olmaqla, balans mənfəəti 0,57 mln. manat təşkil etmişdir ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 11,6% çoxdur. ?AtaSığorta? ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı ?AtaHoldinq? ASC olan Şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 milyon manat təşkil edir.