BAXCP sentyabrın 15-də Türkiyə səfirliyinin qarzısında etiraz aksiyası keçirəcək
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin iclası keçirilib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə BAXCP-dən daxil olub.
Verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, bələdiyyə seçkilərinə hazırlıq və Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələləri müzakirə olunub. İdarə Heyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq nəzərdə tutulan aksiyanın günü müəyyənləşib. Belə ki, aksiya sentyabrın 15-i- Bakının işğaldan azad olunduğu gun Türkiyə səfirliyinin binası önündə keçiriləcək.
BAXCP sədrini müavini Niyaməddin Orduxanlının Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, səfirliyin qarşısında keçiriləməsi nəzərdə tutulan aksiyanın şüarı "Yaşasın türk birliyi! , "One minute "Davos fatehi" , biz də müsəlmanıq", "Ermənstanla sərhədləri acma" olacaq. Etiraz tədbirindən əvvəl BAXCP rəhbərliyi və partiya fəalları Bakının erməni-rus hərbi birləşmələrindən xilas edilməsinin 91-ci ildönümü münasibətilə Şədhidlər Xiyabanında xilaskar türk əsgərinin şərəfinə ucaldılmiş abidəni ziyarət edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51